Ağır atletika üzrə yığma komandamız yerli və beynəlxalq yarışlara hazırlaşır
Bakı, 22 yanvar, AZƏRTAC
Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, AAAF park yaşayış kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlaşırlar.
Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. İdmançıların təlim-məşq toplanışına yığma komandaların məşqçilər heyəti nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir.
Qeyd edək ki, əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərinə yollanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]