Ağstafa Rayon Polis Şöbəsi səyyar xidmət keçirib
Ağstafa, 5 iyul, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları rayon ərazisində fiziki məhdudiyyətli vətəndaşlarımıza şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir rayonun Köçəsgər və Mollacəfərli kəndlərində baş tutub. Səyyar xidmət zamanı ümumilikdə 20-dən çox vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyi, Ağstafa RPŞ-nin kollektivinə öz təşəkkürlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
- 15.10.2026 [19:52]