Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi keçirilmişdir
Ağstafa, 21 iyun (AZƏRTAC). Hər həftənin şənbə günləri olduğu kimi, iyunun 21-də də Ağstafa rayonunda təmizlik və səliqə-sahman işləri həyata keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etmişlər.
Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilmişdir.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman yaradılmışdır.
Qəsəbə və kəndlərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]