Ağstafaçay su anbarında suyun tərkibində fenolların miqdarı normadan 3 dəfə artıq olub
Bakı, 12 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun birinci ongünlüyündə Kür çayında suyun sərfi iyunun üçüncü ongünlüyünə nisbətən saniyədə 188 kubmetr azalaraq 119 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
İyulun birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Ağstafaçay su anbarında 3, Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və Birinci Şahsevəndə isə iki dəfə yol verilən qatılıq həddini keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,80-7,50 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]