AĞSTAFADA AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBLƏRİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Bakı, 11 avqust (AZƏRTAC). Ağstafa rayonunda Açıq Əyləncəli Futbol Məktəblərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Açıq Əyləncəli Futbol Məktəblərinin Cənubi Qafqaz və Moldova üzrə koordinatoru Valeri Çolariya və Azərbaycan üzrə koordinator Kərim Ağayev çıxış edərək iştirakçılara uğurlar arzulamışlar. Tədbirdə 200-ə yaxın uşaq, 12 məşqçi və 2 rəhbər iştirak etmişdir.
AFFA-dan bildirmişlər ki, Ağstafadan başqa, daha beş bölgədə - Gəncə, Mingəçevir, Sumqayıt, Ağcabədi və Qaxda bu layihə fəaliyyətə başlamışdır.
Xatırladaq ki, layihə çərçivəsində fəaliyyət göstərən məşqçi və rəhbərlər Gürcüstanın Çakva şəhərində və Oğuz rayonunda təşkil olunmuş seminarlarda iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]