Ağstafada Dövlət Bayrağı Günü münasibətilə bayraq yürüşü keçirilib VİDEO
Ağstafa, 10 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş keçirilib. Hərbi Orkestrin müşayiəti ilə keçirilən yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qələbə ab-havasında keçən yürüşdə Azərbaycan bayrağı ilə yanaşı, qardaş Türkiyənin də bayrağı dalğalanıb, vətənpərvərlik şüarları səsləndirilib.
Yürüş Dövlət Bayrağı Meydanından başlayaraq Heydər Əliyev Mərkəzinədək davam edib.
Sonda tədbir iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.