Ağstafanın Həsənsu kəndinin su problemi həll olunur
Ağstafa, 24 aprel, Rauf Hacıyev, AZƏRTAC
Artıq bir neçə gündür ki, Ağstafa rayonunun Həsənsu kəndini içməli su ilə təmin edən kəhrizin bərpası işlərinə başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tikinti işləri layihə üzrə davam etdirilir.
Əhalisinin sayı 3338 nəfərdən çox olan Həsənsu kəndini içməli su ilə təmin edən kəhrizin əsası ötən əsrin əvvəllərində alman mütəxəssisləri tərəfindən qoyulub. Son dövrlərdə kəhrizin bəzi quyularında uçqunlar baş verib ki, bu da əhalinin içməli su təminatında ciddi problemlər yaradıb. Kəndin yeganə su mənbəyi olan bu kəhrizin quyularında uçqunlar günbəgün artığından yaşayış məntəqəsinin içməli su təminatında problemlər yaşanıb. Hazırda “Azərsu” ASC tərəfindən kəhrizin bərpasına başlanıb. Kəhrizin qısa müddətdə bərpa edilərək kənd sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]