Ağsuda Xocalı soyqırımına həsr olunan rəsm sərgisi açılıb
Ağsu, 23 fevral, AZƏRTAC
Ağsu rayon mədəniyyət sarayının foyesində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar məktəbli rəsm həvəskarlarının yağlı boya ilə çəkdikləri şəkillərin sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə Xocalı soyqırımını əks etdirən 60 rəsm əsəri nümayiş olunur. Uşaqlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımının dəhşətlərini rəsmlərdə canlandıra biliblər.
Mərkəzin dərnək üzvlərinin və orta məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə, habelə tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə qətiyyətli cavab verən Azərbaycan əsgərini, onun qəhrəmanlığını əks etdirən rəsmlər də yer alıb.
Sərgi martın 1-dək davam edəcək.