AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da - müasir müstəqil dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.