Aİ: Rusiyaya qarşı yeni sanksiyalar olmayacaq
Bakı, 20 aprel, AZƏRTAC
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların olmayacağını düşünür, çünki yeni məhdudiyyətlər özü ilə daha çox istisnalar gətirəcək.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Ekspertlər hesab edir ki, Avropa İttifaqının bir neçə ölkəsi Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sahələri olmadan mövcudluğunu davam etdirə bilməz. Nəşrin fikrincə, Rusiyaya qarşı yeni məhdudiyyətlərdə çox güman ki, yalnız fiziki şəxslərin siyahısı genişləndiriləcək və artıq qüvvədə olan qadağalar sərtləşdiriləcək.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin mart ayındakı sammiti çərçivəsində keçirilən mətbuat konfransda Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin artıq tətbiq olunan məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönələcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]