Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları yad edilib
Bakı, 26 fevral, Aidə Quluzadə, AZƏRTAC
Fevralın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Komitənin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımıza qarşı qeyri-insani cəza üsulları, ağlasığmaz qəddarlığı ilə seçilən bu vəhşilik aktına dünya ölkələrinin bir çoxu hələ də göz yumur. Dünyada ikili standartların mövcud olduğu hazırkı zamanda Xocalıda baş verənləri beynəlxalq təşkilatlara və ictimaiyyətə çatdırmaq olduqca vacibdir. Xüsusilə gənc nəsil bu təbliğatda fəal iştirak etməlidir.
Digər çıxış edənlər ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl baş verən proseslər barədə danışıblar.
Onlar bu dəhşətli qətliamı törədənlərin öz cəzalarını alacaqlarına inandıqlarını qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]