“Aimchess USRapid”: Şəhriyar Məmmədyarov təsnifat mərhələsinin son 5 turunda iştirak edəcək
Bakı, 30 avqust, AZƏRTAC
Bu gün Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında - 11-ci turda hindistanlı Santoş Vidit, növbəti turda vyetnamlı Le Quanq Liem, 13-cü turda Fransa təmsilçisi Alireza Firuzca, son iki turda isə rusiyalı Daniel Naroditski və ABŞ şahmatçısı Erik Hansen ilə üz-üzə gələcək.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 10 turun nəticəsinə görə, 6,5 xalla 4-cü pillədədir.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]