AKADEMİK CƏLAL ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ FERMER TƏSƏRRÜFATLARI TOXUMÇULUQ ÜZRƏ İXTİSASLAŞIR
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Fəxrəddin Mahmudov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, özəl torpaq mülkiyyətçiləri və fermer təsərrüfatları bu il 20 min hektardan çox sahədə taxıl əkmişlər.
Görkəmli seleksiyaçı alim, akademik Cəlal Əliyevin hər il rayonumuzda olması, onun taxılçılarımıza verdiyi dəyərli məsləhətlər nailiyyətlərimizi daha da artırmağa imkan yaratmışdır. Akademikin şəxsi təşəbbüsü ilə rayonun Zümürxar, Qazıqurdalı, Yeni Daşkənd və Mirzəlibəyli kəndli fermer təsərrüfatları toxumçuluq üzrə ixtisaslaşdırılır. Təsərrüfatlarda akademikin yaratdığı “Əzəmətli”, “Nurlu”, “Ruzi-84” və digər taxıl sortlarından hər il yüksək məhsul götürülür. Toxumçuluq təsərrüfatlarında alimlərlə fermerlərin qarşılıqlı işgüzar əməkdaşlığı yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]