Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Nizami Cəfərov: Birinci Türkoloji Qurultayın ideyaları tam həyata keçməyib MÜSAHİBƏ

Akademik Nizami Cəfərov: Birinci Türkoloji Qurultayın ideyaları tam həyata keçməyib MÜSAHİBƏ

Bakı, 31 oktyabr, Gözəl Ağayeva, AZƏRTAC

AZƏRTAC Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materialları Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərovun müsahibəsi ilə davam etdirir.

-Nizami müəllim, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamı türkoloq, filoloq-alimlərin qarşısında hansı vəzifələri qoyur?

-Möhtərəm Prezidentimizin bu Sərəncamı yalnız Türk dünyasında indiyə qədər aparılmış araşdırmaları qiymətləndirmək baxımından deyil, həmçinin perspektivlərin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bu perspektivlərin müəyyənləşdirilməsi daha çox onunla şərtlənir ki, Türk dünyasının liderlərindən biri olan Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın nə qədər böyük tarixi əhəmiyyət daşıdığını göstərir və orada aparılmış müzakirələrin davam etdirilməsini, yəni hansı məsələlər həll olunmayıbsa, onların həll edilməsini, araşdırılmasını qarşıya məqsəd qoyub. Türkologiya təkcə Azərbaycan miqyasında bir elm deyil. Amma Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda keçirilməsi, ölkəmizin türkologiyanın mərkəzlərindən biri kimi formalaşması və bu gün də ən inkişaf etmiş mərkəzlərindən biri olması onu göstərir ki, Qurultayın yubileyinin keçirilməsi, sadəcə, anma tədbiri deyil, həm də türkoloqları bir növ səfərbər etməyə ideoloji meydan açır. Vaxtilə istər Azərbaycanda, istərsə də digər türk ölkələrində, xüsusilə postsovet məkanında rəhbərlər türkoloji sahəyə münasibətdə bir az korrektiv olmağa çalışırdılar: yəni, elə qərarlar qəbul olunsun, elə işlər görülsün ki, bu, imperialist qüvvələri narahat etməsin. İndi də həmin imperialist qüvvələr mövcuddur və indi də Türk dünyasına münasibətdə qısqanc mövqedə duranlar var. Lakin Azərbaycan dövlətinin də, digər türk dövlətlərinin də rəhbərləri indi artıq kifayət qədər ciddi qərarlar verirlər, bu isə həm Azərbaycanda, həm Türk dünyasında, həm də dünyada türkologiyanın inkişafı üçün çox mühüm şərtdir.

Birinci Türkoloji Qurultayın 100 illiyi bir növ istinad nöqtəsidir. Bu, həmçinin ona görə vacibdir ki, Azərbaycanda da, Türk dünyasının başqa yerlərində də həmin Qurultaya qeyri-ciddi mövqedən yanaşanlar var. Həmin adamlar elə düşünürlər ki, Birinci Türkoloji Qurultayı sovet hakimiyyəti türkləri bir yerə yığmaq, onların mövqelərini, mülahizələrini öyrənmək və sonra onları cəzalandırmaq üçün keçirmişdi. Amma belə deyildi. Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində ən səmimi məclislərdən biri idi. Elə bir elmi-praktik məsələ olmayıb ki, Birinci Türkoloji Qurultayda müzakirə edilməsin: əlifba, orfoqrafiya, terminologiya məsələləri və s. Çünki türklər bu barədə on illər boyunca düşünürdülər. Həmin on illərin düşüncələri gətirib Birinci Türkoloji Qurultayın keçirilməsini vacib etmişdi. Prezidentin Sərəncamı da göstərir ki, o cür düşünənlər, indiyə qədər ancaq Türkoloji Qurultayı repressiya ilə əlaqələndirənlər bir qədər düşünsünlər, daha dərindən düşünsünlər.

-Həmin Qurultayda irəli sürülmüş ideyaların hansı həyata keçib, hansı isə bu gün aktualdır?

-Demək olar ki, heç bir ideya tam həyata keçməyib. Məsələn, Qurultay ilk növbədə ona görə keçirildi ki, latın qrafikalı yeni əlifba qəbul olunsun. Qəbul olundu. Lakin çox keçmədi ki, Kirill əlifbasına keçildi. Sovet hökuməti 30-cu illərin əvvəllərindən başlayaraq anladı ki, dünya kommunist hərəkatının qələbəsi barədə düşünmək mənasızdır. Əvvəllər düşünürdülər ki, Rusiyadan başlayan inqilab dünyada kommunist hərəkatı yaradacaq və bütün dünya latın əlifbasına keçəcək. Amma gördülər ki, dünya belə bir məsələ barədə heç düşünmür də. Ona görə də yenidən qayıtdılar rus sosializminə və Kirill əlifbasına. İndi də türk xalqlarının müəyyən hissəsi, məsələn, qazaxlar, qırğızlar Kirill əlifbasında yazırlar. Halbuki biz Türk Dünyası Ortaq Əlifba Komissiyası olaraq həm ümumtürk səviyyəsində, həm də dövləti olan türk xalqlarının hər birinin öz ədəbi dili səviyyəsində o əlifbanı yaratmışıq. Ortaq Türk Əlifbası yaradılıb. Qazax da, Qırğız da bilir ki, sabah bu əlifbada yazanda hansı hərflərdən istifadə edəcək. Amma hələ ki, onun qarşısını alırlar, imperialist maraqlar buna imkan vermir. Bax, görürsünüz, Birinci Türkoloji Qurultayın ən mühüm ideyası hələ ki, tam həyata keçirilməyib. Bununla yanaşı, orfoqrafiya, terminologiya məsələlərində, ümumi türk tarixinin, ümumi türk ədəbiyyatının öyrənilməsi sahələrində də problemlər var. Bəzən deyirlər ki, ümumi ədəbi dil yaratmalıyıq. Biz bunu yaratmamalıyıq, türk dillərindən biri ortaq ünsiyyət vasitəsi kimi işlənməlidir. Hazırda ümumi türkoloji fikir belədir ki, bu funksiyanı Türkiyə türkcəsi yerinə yetirməyə başlayıb. Amma Türkiyə türkcəsi türk dillərini əvəz etmir, heç bir türk dilinə təzyiq göstərmir və göstərməyəcək də. Məsələn, deyək ki, sabah azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, tatarlar, başqırdlar daxildə Türkiyə türkcəsində danışacaqlar - bu, mümkün deyil. Çünki bu xalqların hər birinin ədəbi dili var. Onların şifahi xalq ədəbiyyatı, eposları, yazılı ədəbiyyat təcrübələri var. Ona görə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyini keçirmək, eyni zamanda, bu problemlərlə həm elmi, həm də praktik şəkildə məşğul olmaq deməkdir.

Niyə Birinci Türkoloji Qurultayda aparılmış müzakirələrə biz daha yüksək mövqedən baxa bilərik? Çünki bütün Türk dünyasında türkologiya elmi inkişaf edib. Vaxtilə türkoloqlar baxırdılar ki, görək alman, fransız, rus türkoloqları nə deyirlər. Bu gün nə Azərbaycan, nə Türkiyə, nə də özbək türkoloqunun alman, fransız, rus türkoloqunun məsləhətinə ehtiyacı yoxdur. Türkologiyanın tarixini öyrənməyə onların ehtiyacı var. Böyük türkoloqlar vaxtilə olub, biz onları həmişə öyrənmişik, indi də öyrənirik. Amma bu gün dünyada türkoloq olmaq istəyən qeyri-türk millətinin nümayəndəsi türkologiyanı bizdən öyrənir. Biz öz problemlərimizi elmi-nəzəri baxımından öz mütəxəssislərimiz vasitəsilə həll etməyə qadirik. Eyni zamanda, Türk dünyasında yeni bir qurum yaranıb – bu, Türk Dövlətləri Təşkilatıdır.

-Birinci Türkoloji Qurultayın qərarları bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətinin ideoloji əsasları ilə səsləşirmi?

-Təbii ki, səsləşir. Türk Dövlətləri Təşkilatı Türk dünyasının birliyini müdafiə edən möhtəşəm bir qurumdur. Bu təşkilatda hələlik müstəqil türk dövlətlərinin başçıları birləşirlər və ilk növbədə müstəqil dövləti olan türk xalqlarının taleyi ilə bağlı mədəni, iqtisadi, siyasi, ideoloji məsələləri həll edirlər. Amma Türk dünyası yalnız bu dövlətlərdən ibarət deyil. Yəni Türk dünyası həm də tatarları, başqırdları, yakutları, çuvaşları və başqalarını əhatə edir. Birinci Türkoloji Qurultayın 100 illiyi onlara da aiddir. Çünki onların nümayəndələri qurultayda çox fəallıq göstərmişlər. Məsələn, Krım tatarları 10-dək nümayəndə ilə Qurultayda iştirak etmişlər. Bu gün həmin xalqların haqqı var ki, öz gələcəkləri uğrunda mübarizədə ümumən türklərin qəbul etmiş olduqları və onların da o zaman iştirak etmiş olduqları o təhlillərdən istifadə etsinlər.

Onu da deyim ki, Birinci Türkoloji Qurultay daha çox elmi-praktik hadisə idi, orada siyasət arxada dayanırdı. Qurultayda siyasət adına məsuliyyəti öz üzərinə sovet hakimiyyəti götürmüşdü. Sovet hakimiyyəti o zaman türk xalqlarının inkişafına, yeni təhsil sisteminə keçməsinə kömək etmək arzusunda idi. Əgər bu olmasaydı, türk xalqlarının nümayəndələrinin Bakıya toplaşması, 10 gün ərzində 17 iclas keçirməsi, iclaslar arasında görüşərək bir-birinin problemləri ilə maraqlanması, Qurultayda ayrı-ayrı ideyaların toqquşmasına yol verilməsi kimi imkanlar olmazdı. Buna görə də bu Qurultayın səlahiyyətini bilməliyik, dərk etməliyik.

-Gələcəkdə Türkoloji Qurultay keçirilə bilərmi?

-Türkoloji qurultaylar sonralar keçirildi, lakin onların heç biri Birinci Türkoloji Qurultay miqyasında olmadı. Belə qurultaylar daha çox Ankarada keçirildi. Ötən əsrin 30-cu, 40-cı, 50-ci və sonrakı illərində keçirilmiş qurultaylar daha çox Türkiyə miqyasında idi. Düzdür, müxtəlif türk respublikalarından dəvət edirdilər. Bizim görkəmli alimlərimiz o zaman Türk Dil Qurumunun üzvləri idilər və o qurultaylarda onların iştirakına müəyyən maneələr olsa da, bu iştirakdan tam imtina edilməmişdi. Lakin elə Moskvanın özündə, Daşkənddə, Bişkekdə, Alma-Atada və türk muxtar respublikalarının paytaxtlarında da görüşlər keçirilirdi. Amma Birinci Türkoloji Qurultay tamam ayrı miqyasda idi. Orada, həmçinin qərara alınmışdı ki, növbəti Qurultay Səmərqənddə keçirilsin. O zaman Səmərqənd Özbəkistanın paytaxtı idi. Lakin keçirilmədi. Bununla bağlı bir çox mülahizələr var. Məsələn, Bakıda keçirilmiş Qurultay sovet hakimiyyətinin qoyduğu ideoloji tələblərə cavab vermədi və türklərin bir yerdə toplanmasını qısqandılar və s. Amma mənə elə gəlir ki, Birinci Türkoloji Qurultayın qərarları o qədər miqyaslı, irəli sürdüyü təkliflər o qədər geniş oldu ki, bütün bunları həyata keçirənədək və onun ən böyük qərarı olan yeni əlifbaya keçmək məsələsi gerçəkləşənə qədər vaxt məsafəsi uzandı, nəticə etibarilə sovet hakimiyyəti də öz xarakterini, simasını dəyişdi və ona görə də Qurultayı keçirməyə, ümumiyyətlə, ehtiyac olmadı. Adam düşünür ki, biz türk xalqları həmin mövzularda ikinci bir qurultay keçirsək, orada hansı məsələlərdən danışacağıq? Fikrimcə, biz bu suala Qurultayın yubileyinin keçirildiyi günlərdə, yubiley ərəfəsindəki mühitdə cavab verməli olacağıq.

-Gənc tədqiqatçılar üçün türkologiyada hansı yeni istiqamətlər var?

-İstiqamətlər çoxdur. Xüsusilə onu demək istəyirəm ki, türkologiya daha çox dilçilik elmi olub, qismən folklorşünaslıqla kifayətlənib. Artıq gənc nəsil türkoloqlar humanitar elmlərin bütün sahələrində yetişirlər. Məsələn, tarixin türkologiyası, ədəbiyyatın başqa sahələri üzrə türkologiya, yazılı ədəbiyyat məsələlərində türkologiya, incəsənətdə türkologiya. Son zamanlar musiqi türkologiyası ilə məşğul olunur. Yəni gənclərin bu sahəyə münasibəti ciddi əhəmiyyət daşımağa başlayıb. Bu sahələrin hər biri inkişaf etməlidir. Bir də ümumiyyətlə, elmin inkişaf paradiqmaları var. Bunlar müqayisəli elm paradiqması, sistem-struktur paradiqması, antroposentrik elm paradiqmasıdır. Bu paradiqmaların hər biri türkologiyaya təsir edir, təsir etməlidir və öz izini qoymalıdır ki, biz türkoloji sahədə müasir elmin, müasir təfəkkürün, müasir düşüncənin qarşımızda qoyduğu tələbələrlə düşünə bilək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb