Akademik Rasim Əliquliyev beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib
Bakı, 12 mart, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə sentyabrın 14-dən 17-dək keçiriləcək “Tanıma - 2021” XVI beynəlxalq konfransının (“Raspoznavaniye - 2021”) Proqram Komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın təşkilatçılarından biri də İnformasiya Texnologiyaları İnstitutudur. Elmi tədbirdə təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi, planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları, ixtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar və digər istiqamətlərdə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]