Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyevanın ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat dərsidir

Akademik Zərifə Əliyevanın ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat dərsidir

Bakı, 28 aprel, E.Hüseynov, AZƏRTAC

Aprelin 28-də Azərbaycan tibb elmində parlaq iz qoymuş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 92 il ötür.

Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanların qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin- Zərifə xanım Əliyevanın işıqlı çöhrəsi canlanır. Eyni zamanda, nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiyaya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Elə o andaca Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən baş qəhrəmanın - ulu öndər Heydər Əliyevin həyəcanlı səsini eşidirik: “Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur”. Hər dəfə bu filmə baxdıqda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli liderin öz həyat yoldaşına bəslədiyi müqəddəs məhəbbət ürəyimizi riqqətə gətirir. Görünür, ayrılıqlar kimi, qovuşmalar da tale işidir. Məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra əbədi qovuşdu. Bu gün Fəxri xiyabanda iki qranit abidə ucalır. Hər gün onlarla, yüzlərlə, bəzən minlərlə azərbaycanlı bu məzarların önündə baş əyib, xeyir-dua alır.

Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla ümummilli liderilə çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. Övladlarını vətənin layiqli vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 1995-ci ilin oktyabrında yerli mətbuata verdiyi müsahibədən bir parçanı da həyəcansız oxumaq olmur:

“- Siz Zərifə xanımı necə xatırlayırsınız?

- Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O, vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu, onların tərbiyəsində böyük itkidir...”

Söz yox ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanımın oftalmologiya elminin inkişafındakı xidmətləri

olduqca böyükdür. Onun milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dururdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev ömrü boyu onu əhatə edənlərin dərin hörmətini qazanmışdı. O, rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini olmuş və həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdır. Dövrünün partiya və dövlət xadimləri arasında özünəməxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilmişdir. Əziz Əliyevin həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə başqalarından tamamilə fərqlənirdi. Zərifə Əliyeva bütün yüksək keyfiyyətlərini - yaxşılıq etməyi, səxavəti, alicənablığı böyüdüyü ailədən əxz etmişdi. O ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq kimi xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Öz gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

Zərifə xanım ilk növbədə həkim idi, həmişə həkimlik peşəsini çox uca tuturdu, həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. Xalqımızı bu müdhiş bəladan xilas etmək, Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskva şəhərindən vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Konkret müalicə təcrübəsindən başqa alim Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, traxoma ocaqlarını aşkar edir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Həmçinin uşaq evlərində ata-ana himayəsindən məhrum yeniyetmələr arasında traxomanın aradan qaldırılmasında müstəsna xidmətlər göstərirdi. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr alır. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edir. Zərifə xanımın təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv edilir. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır.

Böyük alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın zəruri problemlərinə xüsusi diqqət yetirir. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilibdir. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi də məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Həmin müəssisələrdə zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə təsiri də öyrənilib. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəmli alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd edək ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı olub. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" xüsusi yer tutur. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, onun bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və başqa əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı əks olunub. Görkəmli oftalmoloq alim bu əsərində həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" demişdir.

Böyük alimin birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrədirdi, onlara diqqət və qayğı ilə yanaşırdı. Onun oftalmologiyanın müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyaları alimlərin və həkimlərin, həmçinin ali tibb məktəblərində təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə xoş sözlər deyiblər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: "Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir". Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyəti barədə deyirdi: "Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. Bir ümumi dəftərə o yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi". Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünyaşöhrətli alim adlandıraraq "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" - demişdir.

Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Alim onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuşdu. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, elmi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir sözlə, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək.

Bakıda akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi ilə üzbəüz bir bağ var. Adına "Elegiya" bağı deyirlər. Bu gün bura dünya işığından məhrum olan insanların ən gözəl istirahət məkanıdır. Bir vaxtlar baxımsız vəziyyətdə olan bu məkanda indi ağaclar nəğmə oxuyur. Bağda Zərifə Əliyevanın abidəsi ucaldılıb. Onun işıqlı obrazı davamçılarının yolunu işıqlandırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb