AKFA prezidenti: Qalib xalq olaraq şəhidlərin əziz xatirəsini daim yaşadacağıq
Bakı, 20 yanvar, AZƏRTAC
“Qalib xalq olaraq şəhidlərin əziz xatirəsini daim yaşadacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti (AKFA) Ülvi Quliyev 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan IX “Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yarışın bu cür adlandırılmasının rəmzi məna daşıdığını bildirib: “Şəhidlərimizin yaxınlarına təsəlli olmaq üçün belə turnirlər təşkil olunur. Düşünürəm ki, gələcəkdə yarışda daha çox ölkənin idmançısı iştirak edəcək. Əsas məqsəd bizdən sonra gələn nəslə bu tarixi ötürməkdir. Heç vaxt keçmişi unutmamalıyıq. Biz şəhidlərin və qazilərin hesabına torpaqlarımızı geri qaytardıq”.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Çexiya, Özbəkistan, Qazaxıstan və Oman idmançıları da iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]