AKİA: Biz subsidiya sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik

Bakı, 14 may, AZƏRTAC
Bu gün Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bir çox dövlət maliyyə dəstək mexanizmlərini vətəndaşlara, fermerlərə təqdim edir.
AZƏRTAC xəbər verir ki, bunu “2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu”nda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı bildirib.
Agentlik rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum üçün kooperativlərin inkişafı, bazar rəqabət qabiliyyətinin artırılması prioritet sahələrdən biridir.
“Məhz buna görə biz subsidiya və kredit sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik. Bu gün AKİA vasitəsilə fermerlər əlverişli kredit məhsulları əldə edə bilirlər. Qaydalara əsasən, 50 hektar ərazisi olan kooperativlər subsidiya üçün müraciət edib 10 faiz əlavə dəstək ala bilərlər”, - deyə L.Cabbarova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:42]
Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 2024-cü ildə 22,8 faiz artıb
- 18.06.2025 [19:53]
Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb
- 18.06.2025 [19:16]
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb
- 18.06.2025 [19:10]