“AKKORD AZƏRYURD” KOMANDASI ÇİMƏRLİK FUTBOLU ÜZRƏ “XƏZƏR KUBOKU”NUN QALİBİ OLMUŞDUR
Bakı, 28 iyul (AZƏRTAC). Azərbaycan Çimərlik Futbol Federasiyasının (AÇFF) təşkilatçılığı ilə Bakıda şirkətlərarası “Xəzər Kuboku” turniri keçirilmişdir. Üç gün davam edən bu turnirdə “Akkord” Şirkətlər Qrupunu “Akkord Azəryurd” komandası təmsil etmişdir.
Qeyd edək ki, yarışda 12 komanda - “Azpetrol”, “PSL”, “Caspian Tredinq Compani”, “İFC”, “Standart Bank”, “Ümid” , “Gallery”, “Bank of Baku”, “Azercell”, “Thames İnsurance”, “Akkord Azəryurd” və “Karat” güclərini sınamışlar.
Finalda “Caspian Tredinq Compani” komandasına qalib gələn “Akkord Azəryurd” turnirin qalibi adına layiq görülmüşdür. Üçüncü yer uğrunda “Azercell”-“Gallery” komandaları qarşılaşmışlar. Bu mübarizədə isə “Azercell” rəqibindən üstün olmuşdur.
Müxtəlif idman növləri üzrə yarışlara sponsorluq edən “Akkord” Şirkətlər Qrupunun rəhbərliyi “Akkord Azəryurd”un qalib idmançılarının təntənəli şəkildə mükafatlandırılmasını təşkil etmişdir. Tədbirdə çıxış edən “Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva idmançıları qələbə münasibətilə təbrik etmiş, “Akkord”un idmana və idmançılara qayğısı sayəsində əldə edilən gözəl nəticələrdən danışmışdır.
“Akkord Azəryurd” futbol komandasının 15 üzvünə pul mükafatı təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]