AKROBATLARIMIZ “BUQ ÇAYI ÜZƏRİNDƏ ULDUZLAR” TURNİRİNDƏ İŞTİRAK ETMİŞLƏR
Ukraynanın Vinnitsa şəhərində keçirilmiş “Buq çayı üzərində ulduzlar” beynəlxalq turnirində iştirak edən Azərbaycan akrobatları iki 4-cü və bir 6-cı yeri tutmuşlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ayla Əhmədova - Dinarə Abbasova qadın cütlüyü polşalı duetə 0,17 bal uduzaraq, 4-cü yerə çıxmışdır. Duetimiz şəxsi çoxnövçülükdə 80.04 bal toplamışdır. Qalib adını Rusiya və Ukrayna idmançıları qazanmışlar.
Tamblinq yarışlarında çıxış edən Hafiz Rzayevin də bürünc medala layiq görülməsi üçün çox az balı çatışmamışdır. O, təsnifat çıxışlarından sonra 3-cü yerdə idi. Lakin finalda qarışıq təmrinlərin icrasında bir səhv onu 4-cü yerə keçirmişdir. Bununla belə, o, idman ustası normasını ödəmişdir.
Səid Səlimov seçmə mərhələsindən sonra 4-cü yerdə olsa da, yekunda 30.8 balla 6-cı nəticə göstərmişdir. Burada ilk üç yeri Ukrayna və İngiltərə nümayəndələri tutmuşlar.
Yarışlarda 14 ölkənin təmsilçiləri iştirak etmişlər.
İndi idmançılarımız iyunun axırlarında Qazaxıstanda və Odessada keçiriləcək beynəlxalq yarışlara hazırlaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]