AKSİZ MARKASI OLMAYAN XARİCİ SİQARETLƏR AŞKARLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin “Aksizsiz malların qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi haqqında” müvafiq əmrinin icrasi ilə əlaqədar komitənin yerli strukturlarında ciddi tədbirlər görülür, daxili bazara bu cür malların “ayaq açması”na sipər çəkilir. Belə ki, Sumqayıt gömrükxanasının və 2 nömrəli Ərazi Vergilər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı külli miqdarda aksiz markasız xarici siqaretlər aşkar edilmişdir. Sumqayıt gömrükxanasının “Hacı Zeynalabdin Tağıyev-1” gömrük postunda keçirilən əməliyyat zamanı Ağdaş rayon sakini Cəlilov Zal Cəlil oğlunun idarə etdiyi “KamAZ-5320” markalı 03 BC 151 dövlət nömrə nişanlı yük maşını şübhə doğurduğu üçün saxlanılmışdır. Yoxlama nəticəsində avtomaşından Rusiya istehsalı olan 66 min qutu aksiz markasız “Yava” siqaretləri aşkarlanmışdır.
Faktla bağlı akt tərtib olunmuş, təhqiqatın aparılması üçün sənədlər 2 nömrəli Ərazi Vergilər İdarəsinə təhvil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]