AKTA-nın yenilənmiş veb-saytı təqdim edilib
Bakı, 19 dekabr, AZƏRTAC
AKTA-nın yenilənmiş veb-saytı (www.akta.az) təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində AKTA sədrinin müavini Rauf Cabarov Assosiasiyanın yenilənmiş veb-saytı barədə məlumat verib. AKTA-nın üzvləri arasında kommunikasiyanın inkişafı və cəmiyyətin aparılan işlər barədə operativ məlumatlandırılması üçün saytın müasir texnologiyalar əsasında yeniləndiyi və təkmilləşdirildiyi qeyd edilib.
Veb-saytda AKTA ekspertlərinin və üzvlərinin təqdimatı üçün ekspert bankı və üzvlərin kataloqunun yerləşdirildiyi, habelə AKTA üzvlərinin məhsul və həllərinin kataloqunun yerləşdirilməsi üçün imkanın yaradıldığı bildirilib. Bununla yanaşı, üzvlər arasında əlaqələrin inkişafı üçün şəxsi kabinet və onlayn kommunikasiya vasitələrinin yaradıldığı qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]