Aktau 2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı statusu alıb
Astana, 18 noyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv dövlətlərin Aşqabadda keçirilən 41-ci toplantısında Aktau 2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]