Aktauda Xocalı soyqırımı ilə bağlı rəsm müsabiqəsi keçirilir
Aktau, 22 fevral, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində şəhərdə uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirir. Rəsm müsabiqəsində Aktau şəhərinin və ətraf rayonların beş rəssamlıq məktəbindən 300-dək uşaq və yeniyetmə iştirak edir.
Qazaxıstan Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti müsabiqədə iştirak edəcək rəsmləri qiymətləndirəcək, 8-11, 12-14 və 15-19 yaş qruplarında 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdiriləcək. Ən yaxşı rəsm isə müsabiqənin Qran-pri mükafatına layiq görüləcək.
Qaliblər baş konsulluq tərəfindən fəxri fərmanlar, Azərbaycanla bağlı kitablar və hədiyyələrlə mükafatlandırılacaqlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]