Aleksandar Vuçiç: Serbiyanın Kosovoya qoşun göndərmək tələbi rədd edilib
Belqrad, 9 yanvar, AZƏRTAC
Serbiyanın Kosovonun şimalına qoşun və polis göndərmək tələbi NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) tərəfindən rədd edilib.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç KFOR-un BMT-nin 1244 saylı qətnaməsinə istinad edərək Serbiya ordusunun Kosovonun şimalına yerləşdirilməsinə ehtiyac olmadığını bildirdiyini deyib. Qeyd edib ki, KFOR-un vəzifəsi barrikadalarla məşğul olmaq deyil, bölgədə serblərin təhlükəsizliyini təmin etməkdir.
Serbiya Prezidenti Kosovodakı serblərin təhlükəsizliyi üçün NATO-dan və Avropa İttifaqından zəmanət gözlədiklərini bildirib.
Serbiya ordusunun Kosovodakı serbləri qorumağa məcbur edilməsini istəmədiklərini bildirən A.Vuçiç ordunun əvvəlkindən on qat güclü olduğunu qeyd edib.
Xatırladaq ki, Serbiya iki ölkə arasındakı gərginlik fonunda ordu və polisin Kosovonun şimalına yerləşdirilməsi tələbi ilə çıxış etmişdi.
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]