Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksey Smirnov: Teatr ani bir sənətdir və hər tamaşada yeni enerji doğurur MÜSAHİBƏ

Aleksey Smirnov: Teatr ani bir sənətdir və hər tamaşada yeni enerji doğurur  MÜSAHİBƏ

Bakı, 10 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

Hər bir teatr üçün istər dramatik, istərsə də musiqili janrda yeni tamaşanın repertuara daxil olması böyük bayrama çevrilir. Onun həm də dünya şedevrlərinə aid olması ikiqat bayramdır. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr İlyiç Çaykovskinin “Qaratoxmaq qadın” operası belə bir mühüm incəsənət hadisəsidir. Oktyabrın ilk axşamı onun süjet xəttini izləyən Bakı tamaşaçısı da məhz əlamətdar mədəniyyət hadisəsinin şahidi oldu.

Çaykovskinin hamıya tanış olan musiqi üslubu əlyazma qeydləri və rəsmlərin müşayiəti ilə Aleksandr Sergeyeviç Puşkinin bir çox gündəliyində də yer alıb... Rus klassikinin povestinin qəhrəmanları Bakı Musiqi Akademiyası Opera studiyasının səhnəsində əsərin ruhuna uyğun olaraq xüsusi geyim tərzi ilə canlandı... Burada yaşıl rəng üstünlük təşkil edirdi. Bu fonda ehtiraslar və ümidsizlik, mistika və axmaqlıq çalarları görünürdü... Əlavə olaraq, dəyişməz “Bizim həyatımız nədir? Oyun!” prinsipi ön plana çıxırdı. Yeri gəlmişkən, Germanın partiyası Opera və Balet Teatrının direktoru, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun sevimli ifalarından biridir. Bunun özü də əlamətdar məqamdır və ola bilər ki, “Qaratoxmaq qadın” operasının repertuara daxil edilməsini şərtləndirib. Belə ki, opera sənətinin biliciləri və həvəskarları günlərin birində doğma səhnədə dünyaşöhrətli məşhur tenorun səsini eşitmək imkanı əldə ediblər.

Əgər solistlər səhnəyə çıxdıqları ilk anda tamaşaçının əhvali-ruhiyyəsini öyrənməyə cəhd edirlərsə, rəmzi benefisiarlardan biri də teatr məkanında son musiqi frazası zamanı sükutun hökm sürməsidir. Bu, tamaşanın quruluşunun bir hissəsidir. Burada özü üçün ayrıca bir “dünya” yaratmağa qadir olan və tamaşaçıya bütün tamaşa boyu qəhrəmanların hisslərinə şahid olmağı təlqin edən insan obrazı meydana çıxır... Həştərxan Dövlət Opera və Balet Teatrının baş rejissoru Aleksey Smirnov məhz belə səhnəarxası rolda çıxış edir. O, 2014-cü ildə Rusiyanın Bolşoy Teatrında Robert Karsenin “Riqoletto” tamaşasında təcrübə keçib, 2016-cı ildə “Viziual teatr” laboratoriyasının (Dina Qoderin kuratorluğu ilə) “Qızıl maska” festivalının tədris proqramı çərçivəsində məşğələlərdə iştirak edib, rejissor Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrın quruluşlarında “Sehrli fleyta”, “Gizli nikah”, “Xovanşina”, “Kölgənin o tərəfində” tamaşalarında rejissor assistenti olub. Aleksey Smirnov 2016-cı ildə Mariinsk Teatrında gənc rejissorlar müsabiqəsinin qalibi, 2017-ci ildə “Nano-opera” Beynəlxalq opera rejissorları müsabiqəsinin laureatı olub.

AZƏRTAC Aleksey Smirnov ilə müsahibəni təqdim edir.

-Aleksey, siz artıq neçənci dəfədir ki, “Qaratoxmaq qadın” operasını Bakı tamaşaçısına təqdim edirsiniz. Əvvəlki və hazırkı quruluşlar arasında hansı fərqlər var?

-2019-cu ildə hazırladığımız tamaşa daha çox oktyabrın 1-də təqdim etdiyimiz quruluş əsasındadır. Mənim üçün əsas fərq yeni solistlərin olmasıdır. Eyni zamanda, keçən quruluşda çalışdığım artistlər də tamaşada iştirak edir. Lakin çoxları üçün bu, yeni materialdır. Əlbəttə, başqa artistlərlə məşq edəndə, bu, tamaşanın necə alınacağına əhəmiyyətli dərəcədə təsir göstərir. Başqa sözlə desək, rolların xətti düzülür. Bu illər ərzində mənim özümün də dəyişməyim faktını nəzərdən qaçırmaq olmaz. Materiala başqa prizmadan yanaşdım. Aksentləri bir az dəyişdim. Amma təkrar edirəm ki, bu quruluş 2019-cu ildə olan tamaşanın əsasında verilib.

-Belə olan halda yeni solistlər necə seçilib? Məsələn, Fərid Əliyev opera truppasına qayıdıb və birdən-birə Germanın partiyasını ifa edib...

-Bildiyimə görə, Fəridin qayıtması teatrın yeni direktoru Yusif Eyvazovun təşəbbüsü ilə olub. Təbii ki, tərkibin seçilməsi, ilk növbədə, onunla razılaşdırılıb. İki tam heyətin olması onun üçün vacib idi və direktorun bu məsələdə böyük xidməti var.

-Əyyub Quliyev sərt dirijordur?

-Mən belə deməzdim... Maestro səhnədə səslərin səviyyəsinə cavabdehdir. Əlbəttə, o, müəyyən mənada mükəmməl və tələbkar insan olmalıdır. Zənnimcə, bütün bu keyfiyyətlər Əyyubda var və o, öz vəzifəsinin öhdəsindən əla gəlib. Deməzdim ki, onun tərəfindən hər hansı ifrat sərtlik olub. Biz iş prosesində bütün maraqlı məsələlər - həm hesablar, həm də templər üzrə razılığa gəldik. Düşünürəm ki, bizim birgə işimiz əla alınıb. Mən bu iş prosesində heç bir rahatsızlıq hiss etmədim və tamaşanın iştirakçılarının da narahat olduğunu görmədim.

-Dirijor sizə hər hansı səhnə baxışı təklif edirdimi?

-Xeyr... Böyük bir peşəkar olan Əyyub, həm də musiqi rəhbəri kimi öz üzərinə düşən vəzifəni yerinə yetirirdi. Səhnə hərəkətləri ilə bağlı bütün məqamlar mənə aid idi. Bu səbəbdən həmin planda bizim aramızda heç bir mübahisəli məqam olmayıb.

-Bizim truppaya eşitmək və əməl etmək qabiliyyəti xasdırmı?

-Teatrın artistləri bu tamaşanın ərsəyə gəlməsini çox istəyirdi. Onların hər biri öz rolunun öhdəsindən gələ bildi. Hər bir artist məşq prosesində əldə olunan uğurları premyera zamanı həyata keçirə bildi. Onlar heç biri işi sabotaj etmədi. Əlbəttə, elə insanlar var ki, onların aktyor istedadı təbiət vergisidir. Elələri də var ki, müəyyən problemlərlə üzləşir. Amma artıq yola çıxmışdıq və ümidvaram ki, növbəti tamaşalarda da bu templə irəli gedəcəyik. Çünki truppa rejissorla işləmək istəyir. Bu, aydın görünür. Onlar geniş rejissor məşqlərindən ötrü darıxıblar. Artistlər tamaşanın quruluşu prosesində iştirak etmək, onun həmmüəllifi olmağı arzulayır.

-Tamaşada iki solist heyəti iştirak edir. Onların fərqi hiss olunurmu?

-Oktyabrın 14-də tamaşaçılar yenidən premyeranı görəcəklər. Zənnimcə, onlar fərqi hiss edəcəklər. Bu hekayə başqa insanların təcrübəsi prizmasından nəql ediləcək. Yəni, işıq fonunda səhnə, kostyumlar və bütün başqa komponentlər ilə həmin tamaşa təkrar oynanılacaq. Ancaq səhnə təqdimatı prosesində yaranan enerji, əlbəttə ki, aktyorlar tərəfindən generasiya edilir. Ona görə də yeni premyera olacaq və o, oktyabrın ilk günü keçirilən tamaşadan fərqlənəcək.

-“Qaratoxmaq qadın” operasında çox maraqlı mistik şleyf tərkibi var. Bəziləri hərdən ondan imtina edir...

-Bu, quruluş üçün çox mürəkkəb materialdır. Həm rejissor, həm dirijor, həm də vokalistlər baxımından da belədir. Əlbəttə, mistik element müəyyən çətinlik yaradır. Diqqəti hansı məqamda cəmləşdirmək seçimi çətin olur. Ancaq düşünmürəm ki, bütün bunlar hər hansı xurafatlar, lənətlər və bu qəbildən digər məfhumlarla bağlıdır. Heç də hamı səhnədə “ölməyi” sevmir. Lakin doğrusunu desək, operada kifayət qədər adi şərait var. Heç kimin “ölmədiyi” operalar kifayət qədər azdır.

-Lizanın ölümünün maraqlı səhnə həllini qeyd etməmək olmaz...

-Bu səhnə həlli hələ 2019-cu ildə tamaşanın rəssamı Yelena Bodrova ilə birlikdə tapılıb. Mən həmin aktı təkrar etməyə qərar verdim, çünki, zənnimcə, bu həll tamaşada söyləmək istədiyim ideyanın mahiyyətini dəqiq əks etdirir. Yaşıl parçaya bürünən oyun masası səhnəsi hamını düşüncəyə qərq edir və mənim üçün çox vacibdir. Liza bu obrazda qərq olur, final səhnəsində German bu parçaya bürünür. Mən onu bu quruluşda da saxlamaq istədim. Çünki Opera studiyasının şəraitində bizim çox lakonik texniki imkanlarımız var idi və bu, mənə elə gəlir ki, dəqiq və üsluba uyğundur.

-Oyun sizin üçün nə deməkdir?

-Mən onu böyük dərəcədə öz həyatım, öz işim kimi qəbul edirəm. Oyun mənim üçün başlanğıc, hər hansı final, dönüşlər, çətinliklər deməkdir.

-Azərbaycan Opera və Balet Teatrının truppası dönüşlər və çətinliklərdən ibarətdir?

-Elə alınıb ki, 2014-cü ildən bəri mənim həyatım Azərbaycanla bağlı olub. Mən tez-tez burada işləyirəm. Azərbaycanda mənim həqiqətən dost adlandıracağım çoxlu insanlar yaşayır. Onlar hər dəqiqə köməyə gəlməyə hazırdır. Mən də lazım olduğu zaman onlara yardım göstərməyə çalışıram. Sizin çox gözəl ölkəniz var. Burada olmaq və işləmək mənim üçün çox xoşdur. Çətinlik ondan ibarətdir ki, hazırda teatr dönüş nöqtəsindədir. Onun böyük və yeni tarixi başlayır; əsas bina restavrasiya edilir, çox gözəl, texniki cəhətdən təchiz olunmuş səhnə quraşdırılır. Belə mürəkkəb şəraitdə teatr Opera studiyasında, Heydər Əliyev Sarayında, Heydər Əliyev Mərkəzində işləyir. Sözsüz ki, bütün bunlar çətinliklər yaradır. Məsələn, mənim son illər səhnəyə qoyduğum tamaşalar daha mürəkkəb istehsalat prosesləri tələb edir.

-Bildiyimə görə, tamaşanın hazırlanması prosesində bir çox yeniliklər olub...

-Zənnimcə, tikiş sexi solistlər üçün çox gözəl kostyumlar təqdim edib. Dekorasiyaların istehsalı sexi öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. Teatr öz gücünü artırır və bu, böyük komanda işidir. Düşünürəm ki, “Qaratoxmaq qadın” operası kimi layihələr enerjini düzgün məcraya yönəltməyə kömək edir. Əminəm ki, gələcək tamaşalar istehsalat planı baxımından daha asan olacaq.

-Tamaşa üzərində işin əvvəlində, quruluş prosesində və premyeradan əvvəl Yusif Eyvazovun hər hansı tövsiyələri oldumu?

-Bəli, Yusif müəllim tamaşanın bütün prosesində iştirak etdi, premyera günündə isə solistlərə çox səmimi məktub göndərərək, onlara uğurlar arzuladı. “Qaratoxmaq qadın” onun sevimli operalarından biridir və bu əsərin Azərbaycan torpağında nümayiş etdirilməsini çox istəyirdi. Direktorun belə diqqəti artistlər və rejissorlar üçün çox vacibdir. O, real vaxt rejimində tamaşanın gedişini izləyir, həm də kollektivə tövsiyələr verirdi.

-Tamaşaçı zalında ayaq üstə sürəkli alqışları görəndə hansı hisslər keçirdiniz?

-Mən Azərbaycan tamaşaçısını ayrıca qeyd etmək istərdim. Gizlətmirəm ki, tamaşaçının səmimi alqışları çox xoşdur. Həm də opera yetərincə mürəkkəb və uzunmüddətli olduğunda, bu, ikiqat sevinc doğurur. Tamaşanın sonunda gördüm ki, hər kəs premyeranın olmasına sevinir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb