Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Naxçıvan, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi və cari məsələlər daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinin komitələrində müzakirə olunub və bu il martın 29-da Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda qəbul edilib. Həmçinin Ali Məclisə müraciət edən bütün şəxslər üçün Ali Məclisin fəaliyyəti ilə bağlı məlumatların daha əlçatan olmasının təmin edilməsi, vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi üçün Ali Məclisin rəsmi internet saytı istifadəyə verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 35 saylı Kolanı seçki dairəsindən olan deputatı İsmayılov Cəbi Əziz oğlu 75 illik yubileyi, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif olunub.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov birinci məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil muxtar respublikada insan hüquqlarının qorunması haqqında Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Ali Məclis qarşısında çıxış edir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə bu il martın 18-də komitədə müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2023-cü il üzrə fəaliyyətə dair məruzə edib.

Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə çatdırıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı deputatlardan Elman Cəfərli, İsmayıl Qəribli, Yeganə Məmmədova, Ehtimad Məmmədov, Aidə Cəlilzadə və Əmir Babayev çıxış edib, suallarını səsləndiriblər.

Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi Ali Məclislə yanaşı, Nazirlər Kabinetinə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib. Anar İbrahimov qeyd edib ki, Ali Məclisin təcrübəsində ilk dəfə olaraq muxtar respublika ombudsmanının məruzəsi müzakirədən öncə ictimaiyyətin tanışlığı üçün parlamentin rəsmi internet saytında yerləşdirilib. Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin forma, məzmun əhatəliliyi və problemlərə yanaşma baxımından dolğun hazırlanmasına görə təşəkkürünü bildirib, bunun təsisatın və Ali Məclisin işinə müsbət təsir edəcəyini, ən əsası isə vətəndaşlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb. O, məruzə ilə bağlı qeyd və suallarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qaldırılan suallara aydınlıq gətirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Elman Cəfərli, Yeganə Məmmədova, Rizvan Məmmədov, Ehtimad Məmmədov, Sevda Quluyeva, Aidə Allahverdiyeva, Qadir İbrahimov və Nüsrət Həsənov elm, təhsil müəssisələrinə, digər yerlərə verilən və daha sonra ləğv edilən şəhid adlarının bərpası, məhəllədaxili yolların təmiri, deputatın statusu ilə bağlı bir sıra məsələlər, görkəmli şəxsiyyət Əbülfət ağa Şahtaxtinskinin məzarının bərpası, içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi sosial yardımla təminatı, sahibsiz heyvanlarla bağlı və digər mövzularda çıxış ediblər.

Anar İbrahimov qeyd olunan müraciətlərin Nazirlər Kabinetinə göndəriləcəyini deputatların diqqətinə çatdırıb.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır