Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib

Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisə üzrə mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, işin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib.

Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddia təmin olunub. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarəedilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda, həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaq. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib