Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Fəxri xiyabanı ziyarət edib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.