Ali məktəblərə qəbul olmaq üçün 11 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
Bakı, 22 iyul, AZƏRTAC
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 10:45-ə olan məlumata görə, 11 min 567 subbakalavr elektron ərizəsini təsdiqlədib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]