Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alim Quliyev: Dövlət Proqramının icrası ölkənin nağdsız cəmiyyətə transformasiyasına mühüm töhfə verəcək

Alim Quliyev: Dövlət Proqramının icrası ölkənin nağdsız cəmiyyətə transformasiyasına mühüm töhfə verəcək

Bakı, 8 oktyabr, Laçın Sultanova, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Sərəncama əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndiricisi təyin olunub. Sərəncamın icrası ilə bağlı AZƏRTAC-ın suallarını Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev cavablandırıb. Müsahibəni təqdim edirik.

- “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası Mərkəzi Banka həvalə olunub. Bu sahədə iş necə təşkil ediləcək?

-Dövlət Proqramında tədbirlərin icra mexanizmi, əsas icraçı təşkilatların, əlaqələndiricinin və qiymətləndirmə və monitorinqi aparacaq qurumun vəzifə və öhdəlikləri müəyyən edilib. Əsas icraçı təşkilat tədbirlərin yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla rüb üzrə görülmüş işlərə dair hesabatı Mərkəzi Banka təqdim edəcək. Əlaqələndirici qurum kimi Mərkəzi Bank Dövlət Proqramının icrasına nəzarət, yaranan problemlərin həlli və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini həyata keçirəcək. Mərkəzi Bank tərəfindən əsas icraçı təşkilatlardan alınan hesabatlar təhlil ediləcək və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim ediləcək. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi isə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Hazırda mərkəz ilə işin təşkilinin reqlamenti üzərində işlənilir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə Mərkəzi Bank ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

- Dövlət Proqramı qarşıya hansı əsas hədəflər qoyur?

- Proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini ehtiva edir. Onun icrası ilə ilk növbədə, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizə qədər azalacaq.

Nağd iqtisadiyyatın azalması ilə iqtisadi subyektlər arasında maliyyə şəffaflığı artacaq, vergidən yayınma halları azalacaq, bank sektorunun maliyyə resurs bazası güclənəcək, elektron bank əməliyyatlarının çeşidi, əlçatanlığı və elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi, elektron ticarətin həcmi artacaq. Ümumilikdə dövlət proqramın qəbulu və uğurlu icrası ən qısa müddətdə ölkəmizdə nağdsız cəmiyyətin əsaslarını yaratmağa, iqtisadi münasibətlərdə rəqəmsal transformasiyaya ciddi töhfə verəcək.

- Bank sektorunun yenidən canlandırılması da mühüm vəzifə olaraq qarşıya qoyulub. Bank sektorunda maliyyə dayanıqlığının bərpa edilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri də inkişaf etmiş bank sistemidir. Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi adətən daha yüksək olur. Məhz bu səbəbdən Dövlət Proqramının əsas istiqamətlərindən biri də bank sektorunun yenidən canlandırılması, maliyyə dayanıqlığının bərpa edilməsidir. Buraya bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi və aktiv pul bazarının formalaşdırılması prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi daxildir.

Bank sektorunun sağlamlaşdırılması məqsədilə bankların kapitalizasiyasının nəzarətdə saxlanılması, problemli aktivlərin idarə edilməsi, bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarının müdafiə mexanizminin təkmilləşdirilməsi, pul bazarının və qiymətli kağızlar bazarının inkişafı kimi əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur.

Bu tədbirlər çərçivəsində 2018-2020-ci illər ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcək və müəyyən olunmuş vaxt çərçivəsində kapitalizasiya prosesi tamamlanacaq. Banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlər işə salınacaq. Problemli aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlər yaradılacaq, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətləri hazırlanacaq. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcək.

- Qiymətli kağızlar bazarı bu prosesdə nə kimi rola malikdir?

- Dövlət Proqramında yer alan 16 prioritetdən biri də aktiv pul bazarının formalaşdırılmasıdır. Aktiv pul bazarı maliyyə vasitəçiliyinin gücləndirilməsində və iqtisadiyyatın maliyyə resurslarına tələbatının daha dolğun ödənilməsində əhəmiyyətli rol oynayır, maliyyə institutları tərəfindən likvidliyin effektiv idarə olunmasına şərait yaradır. Pul bazarının mövcudluğu şəraitində likvidlik maliyyə institutları arasında daim hərəkət edir, banklar iqtisadiyyatı daha fəal şəkildə kreditləşdirirlər.

Aktiv pul bazarının formalaşdırılması istiqamətində nəzərdə tutulan üç tədbirdən biri də qiymətli kağızlar bazarını dərinləşdirmək və bu əsasda banklararası REPO bazarını inkişaf etdirməkdir. Bu tədbir çərçivəsində qiymətli kağızlar bazarı və banklararası pul bazarı üzrə girov bazasının genişləndirilməsi, dövlət qiymətli kağızlarının həcminin və çeşidinin artırılması imkanları təhlil olunacaq. Dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həm ilkin, həm də təkrar bazarında əməliyyatların vahid elektron ticarət platformasına keçirilməsi imkanı yaradılacaq.

- Dövlət Proqramında qeyd olunan aktual məsələlərdən biri də rəqəmsal sahibkarlığın inkişaf etdirilməsidir. Biznes subyektləri arasında nağd pul dövriyyəsinin aradan qaldırılması üçün nə kimi işlər görüləcək?

- Ölkədə dövriyyədə olan nağd pulun çəkisini müəyyən etmək üçün aparılan qiymətləndirmələr göstərir ki, 2016-cı il üzrə 180 milyard ümumi dövriyyənin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edib. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72 faiz) nağd gəlirlərdən ibarət olduğunu üzə çıxarıb.

Biznes subyektləri arasında nağd pulun çəkisinin azaldılması üçün ilk növbədə biznesin nağd puldan istifadə motivləri aradan qaldırılmalı, institusional mühitin nağdsız ödənişlərin inkişafına əlverişliyi təmin olunmalı, ədalətli rəqabətə əsaslanan bazar strukturu formalaşmalı, vergi sisteminin effektivliyi artırılmalı, vergidən yayınmağa imkan verən hallar aradan qaldırılmalıdır.

Bu baxımdan Dövlət Proqramının əsas istiqaməti rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu istiqamət çərçivəsində əlverişli biznes mühitinin inkişaf etdirilməsi, səmərəli vergi sisteminin təşviq olunması, sosial sığorta ayırmalarının differensiallaşdırılması və təkmilləşdirilməsi prioritetləri nəzərdə tutulur.

Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi, kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması, vergitutma mexanizminin sadələşdirilməsi, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin differensiallaşdırılması, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması, əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi kimi mühüm tədbirlər həyata keçiriləcək.

- Bu il avqustun 1-nə olan məlumatlara görə, ölkədaxili ödəniş kartları ilə aparılan əməliyyatların həcminin yalnız 9 faizi elektron ticarətin payına düşür. Bunun səbəbi nədir, əhali niyə nağd ödənişlərə üstünlük verir?

- Elektron ticarətlə aparılan ödənişlərin həcminin aşağı səviyyədə olmasının əsas səbəbləri sırasına ölkəmizdə elektron ticarət platformalarının məhdudluğu, stimullaşdırıcı tədbirlərin lazımi səviyyədə təşkil edilməməsi, əhalinin nağd pulla ödəniş vərdişi, regionların, xüsusilə kənd yerlərinin müasir rabitə infrastrukturu ilə tam əhatə olunmaması kimi amillər daxildir.

Lakin qeyd edilməlidir ki, son vaxtlar nağdsız ödənişlərin həcminin artırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Nəticədə ölkədaxili elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi son üç il ərzində 5,7 dəfə, ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi isə 2,8 dəfə artıb. Dövlət Proqramının icrası bu sahədə əsaslı dönüşə gətirib çıxaracaq.

- Yaxın perspektivdə hansı yeni ödəniş sistemlərinin və texnologiyaların tətbiqi gözlənilir?

- Ödəniş sistemləri və xidmətləri davamlı inkişaf edən sahədir. Dövlət Proqramı çərçivəsində də yeni texnologiyaların ölkədə tətbiq üzrə mühüm tədbirlər həyata keçiriləcək.

Rəqəmsal texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə nağdsız ödəniş əməliyyatlarının effektivliyini yüksəltmək və likvidlik riskini azaltmaq məqsədilə yeni, innovativ ödəniş üsullarının (“ani ödəniş”, “mobil ödəniş”, “mobil pul kisəsi” və s.) tətbiqi geniş yayılıb. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılmasıdır. Müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24*7*365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. Hazırda dünyanın 32 ölkəsində (İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və s.) artıq “Instant Payment System”, “Fast Payment System” adlanan müvafiq sistemlər tətbiq edilir, 16 ölkədə isə onun tətbiqinə hazırlıq görülür.

Bu sistemin yaradılması ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmaların 24*7*365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən vaxt və istənilən vasitələrlə bir-birlərinə nağdsız ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaq. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.

Digər mühüm layihə ölkənin bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün rəqəmsal identifikasiya sisteminin Blockchain platformasında yaradılmasıdır. Son zamanlar, Blockchain platforması vasitəsilə həyata keçirilən həllər özünü doğrultduqca, bu texnologiyanın yaxın və uzaq qonşu ölkələrdə implementasiyası artmaqdadır. Blockchain texnologiyası biznes proseslərin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə istifadə olunur. Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot Blokchain platforması üzərindən layihənin reallaşdırılmasına başlayıb. İlin sonunadək layihənin pilot fazasının tamamlanması nəzərdə tutulur.

Dövlətimizin başçısının ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna, rəqəmsal ödənişlərin inkişafına yönəldilən güclü siyasi dəstəyi müxtəlif qurumlarla qarşılıqlı fəaliyyəti tələb edən bu layihələrin uğurlu icrasına zəmin yaradır.

- Azərbaycanda kriptovalyutaya münasibət dəyişilə bilərmi?

- Qeyd edilməlidir ki, kriptovalyutaların ödəniş aləti kimi istifadə edilməsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, fırıldaqçılıq halı nəticəsində itirilmiş vəsaitin geri qaytarılabilinməməsi, heç bir təşkilat tərəfindən aparılan əməliyyatlara zəmanətin verilməməsi, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunmaması və s. kimi risklər mövcuddur. Mərkəzi Bank kriptovalyuta problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. Kriptovalyuta yüksək riskli investisiya aktividir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk professor: Yəhya Bakuvi Azərbaycanın mənəvi irsinin Anadoluda və Balkanlarda yayılmasında mühüm rol oynayıb

Xarici diplomatların Azərbaycanın ərazisində səfəri Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz ŞƏRH

Aqrar Sığorta Fondunda aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir

“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub

Şəhərlərarası və şəhərətrafı bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Xankəndindən Afrikaya uzanan körpü: Qarabağ qələbəsi və TİKA-AİDA Tərəfdaşlığının Geosiyasi Məcəllələri

® “AccessBank” 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb

Uşağın məktəbə uyğunlaşması üçün nələrə diqqət yetirilməlidir? - psixoloq izah edir

Diplomatik korpusun Qarabağa səfəri Azərbaycanın beynəlxalq siyasətdə verdiyi strateji mesajların canlı təqdimatıdır - ŞƏRH

Londonda restoran açan azərbaycanlı: Həftədə üç minə yaxın qonağa Azərbaycan çayı təqdim edirik

Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

® “Azercell Könüllüləri” yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu

Türkiyə Milli Müdafiə Nazirliyi: Qafqaz İslam Ordusunun qardaşlıq ruhu insanların qəlbində yaşayır

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi qaydası müəyyənləşdirilir

® EMTA və “Xalq Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Özbəkistan Üləmalar Şurasının üzvü: Yəhya Bakuvinin mənəvi irsi bu gün də aktuallığını qoruyur

Rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı dəqiqləşdirilir

Bu ilin səkkiz ayında ixrac edilən xam neft və neft məhsullarının dəyəri 11 faizədək artıb

Kürşad Zorlu: 1918-ci ildə Mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir

Həsən Həsənli: Müasir tədris mühitinin formalaşdırılması istiqamətində işlər davam etdirilir

Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 88 faizdən çox artıb

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

Şamaxıda Bilik Günü qeyd olunub

Səadət Təhmirazqızı: Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir

İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb

Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci – Şükürbəylidə Bilik Günü sevinci

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir VİDEO

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir VİDEO

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var VİDEO

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var VİDEO

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır VİDEO

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır VİDEO

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

ICESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli