ALİMLƏR MARSDA SU OLDUĞUNA DAİR SÜBUT ƏLDƏ ETDİLƏR
Alimlər MARSİS radarının köməyi ilə Marsın səthinin altında böyük buz topası aşkarlamışlar. Özü də təkcə “qütb papağı” deyilən rayonda deyil, həm də Xris düzənliyinin altında. Burada buz diametri təxminən 250 kilometr olan meteorit kraterini bürümüşdür.
Bundan başqa, Mars Ekspress orbital peykində quraşdırılmış optik və infraqırmızı OMEGA sektrometri Mars səthinin bəzi sahələrində gil mineralları aşkar etmişdir. Güman olunduğuna görə, onlar suyun uzun müddət təsiri nəticəsində əmələ gələ bilərdi.
Bu, alimlərə belə fikir söyləmək üçün əlavə əsas verir ki, müəyyən dövr ərzində Marsda su təkcə donmuş halda deyil, həm də maye halında olmuşdur. Sonra su buxarlanmağa başlamışdır. Buna OMEGA spektrometrinin planetin səthində aşkarladığı sulfatlar sübutdur.
Nə vaxtsa Marsın səthində çaylar axdığı barədə ehtimalı HRSC stereokamerasından alınmış şəkillər də təsdiqləyir. Bu aparat Marsda diametri 10 metrədək olan müxtəlif obyektləri fərqləndirməyə imkan verir. Stereokameranın verdiyi kadrlarda Mars səthinin eroziyasının izləri aydınca görünür. Eroziyalara su axınları səbəb olmuşdur.
Alimlər Marsda çayların meydana gəlməsini vulkanların fəaliyyəti ilə bağlayırlar. Vulkanlar planetin səthinin altındakı buzları əritmiş və nəticədə su üzə çıxmışdır.
Xatırladaq ki, Avropa Kosmik Agentliyinə məxsus olan Mars Ekspress kosmik aparatı 2003-cü ilin dekabrından Mars ətrafında dövrə vurur.