Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
Bakı, 23 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun alimləri Bakıdakı 121 nömrəli orta məktəbdə seminar təşkil ediblər.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, Sistematika laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, elmi işçi Venera Əhmədova məktəblilərə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında danışıb, onların suallarını cavablandırıblar.