ALMANİYA AZƏRBAYCANA TEXNİKİ YARDIM GÖSTƏRƏCƏKDİR
İqtisadi inkişaf naziri Fərhad Əliyev AZƏRTAC-a demişdir ki, Almaniya ilə Azərbaycan arasında işbirliyi uğurla davam etdirilir. 2004-2005-ci illərdə bu ölkə Azərbaycana 13,83 milyon avro maliyyə yardımı və 5 milyon avro dəyərində texniki yardım göstərəcəkdir. Vəsaitlərin Bakı və Gəncənin su təchizatı sisteminin yaxşılaşdırılmasına, məhkəmə və hüquq sistemində islahatların keçirilməsinə, özəl bölməyə yardım edilməsinə, Almaniya-Azərbaycan Fondunun fəaliyyətinin genişləndirilməsinə, KFW Almaniya bankı tərəfindən Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmlərinin alınmasına və daşınmaz əmlak reyestrinin yaradılmasına yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]