ALMANİYA AZƏRBAYCANIN DÜNYA TİCARƏT TƏŞKİLATINA DAXİL OLMAQ SƏYLƏRİNİ DƏSTƏKLƏYİR
O, Azərbaycanda iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayaraq demişdir ki, əsas diqqət respublikanın qeyri-neft sahəsinin inkişafına, nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönəldilməlidir.
Qonağın fikrincə, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi Azərbaycanın gəlirini artırmağa imkan verəcək, lakin bununla yanaşı, respublikanın əlverişli coğrafi mövqeyindən də bəhrələnmək lazımdır.
Onun sözlərinə görə, Almaniyanın özəl sektor nümayəndələrinin Azərbaycana marağı ölkə rəhbərliyinin həyata keçirdiyi islahatların uğurlu olduğunu bir daha nümayiş etdirir. P.Lorenz demişdir: “Azərbaycan perspektivli tərəfdaşdır. Əminəm ki, qarşılıqlı surətdə faydalı əlaqələr bütün səviyyələrdə yüksələn xətlə inkişafda olacaqdır”.
Nümayəndə heyətinin rəhbəri daha sonra xatırlatmışdır ki, Almaniya hökuməti bugünədək Azərbaycana 303,3 milyon avro məbləğində yardım göstərmişdir. Bunun 140 milyonu Avropa Birliyinin proqram və layihələrinin həyata keçirilməsinə, 130,3 milyonu ikitərəfli maliyyə əməkdaşlığına ayrılmış, 33 milyon avro isə texniki yardım kimi verilmişdir.