Almaniya portalı 20 Yanvar hadisələri ilə bağlı məqalə yayıb
Berlin, 21 yanvar, AZƏRTAC
Almaniyanın “ostexperte.de” portalında həmyerlimiz Asif Məsimovun müəllifi olduğu “Azərbaycan xalqının and yeri - Bakıdakı Şəhidlər xiyabanı” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Bakıdakı Şəhidlər xiyabanının tarixi barədə ətraflı danışılır. Qeyd olunur ki, Şəhidlər xiyabanın tarixi 1918-ci ildə azərbaycanlılara qarşı aparılmış soyqırımı ilə bağlıdır. Belə ki, o zaman həlak olan insanlar bu xiyabanda dəfn edilib. Lakin Azərbaycanın sovet ordusu tərəfindən işğalından sonra xiyaban ləğv olunub və onun yerində park salınıb. Azərbaycan xalqı isə bir zamanlar öz ata-babalarının həmin ərazidə dəfn olunduğunu unutmayıb. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı sovet ordusunun hərbi təcavüzü nəticəsində həlak olan həmvətənlərimiz, eləcə də Qarabağ müharibəsinin şəhidləri bu xiyabanda dəfn olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]