ALMANİYA PREZİDENTİ DÜNYA ÇEMPİONATININ PÜŞKATMA MƏRASİMİNDƏ İŞTİRAK EDƏCƏK
Angela Markel futbol bayramının iştirakçılarına təbrikində bildirmişdir ki, Almaniya dünya birinciliyi uğrunda yarışların hamı üçün unudulmaz bayrama çevrilməsi üçün mümkün olan bütün işləri görəcəkdir.
Xanım Merkel demişdir: “Almaniya dünya çempionatına yaxşı hazırlaşıb – yeni, müasir stadionlar, gözəl nəqliyyat infrastrukturu artıq hazırdır. Yarışların təşkili ən etibarlı əllərdədir – Təşkilat Komitəsinə Frans Bekkenbauer başçılıq edir. Çempionatın “Bütün dünya dostların qonağıdır” devizi o deməkdir ki, hamı futbol bayramından sülh və təhlükəsizlik şəraitində zövq alacaqdır”.
Qarşıdakı dünya çempionatı haqqında daha bir xəbər.
Röyter agentliyi xəbər verir ki, 2006-cı ilin futbol üzrə dünya çempionları 24,5 milyon İsveçrə frankı (18,75 milyon dollar) alacaqlar. Ümumiyyətlə isə, FİFA turnirin iştirakçıları arasında mükafat olaraq 300 milyon İsveçrə frankı bölmək niyyətindədir.
FİFA bildirmişdir ki, artıq 32 yığma komandanın hər biri Almaniyada keçiriləcək birincilikdə iştiraka görə özünə 4,59 milyon dollar təmin etmişdir. İkinci dövrədə uduzacaq səkkiz komanda hərəyə 6,5 milyon, dörddəbir finalda məğlub olan dörd yığma isə hərəyə 11,5 milyon İsveçrə frankı alacaqdır. İki məğlub yarımfinalçı hərəyə 16,45 milyon dollar qazanacaq, çempionatın üçüncü komandasını müəyyənləşdirən görüşə görə onlara əlavə pul verilməyəcəkdir. Finalda uduzan komanda isə 22,5 milyon İsveçrə frankına sahib olacaqdır.