Almaniya vətəndaşları ermənilərin əməllərini pisləmişlər
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 26-da Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi və Alman-Azərbaycan Dialoq Platforumunun birgə təşkilatçılığı ilə Almaniyanın Kassel şəhərində etiraz nümayişi keçirilmişdir.
Təşkilat Komitəsinin nümayəndəsi Sultan Zahidovun AZƏRTAC-a verdiyi məlumata görə, yüzlərlə insanın iştirak etdiyi aksiyaya azərbaycanlı və türkiyəli tələbələr, diaspor nümayəndələri qoşulmuşlar.
Kassel şəhər meriyasının rəsmi razılığı ilə təşkil olunan yürüşdə “Biz nə istəyirik? - Xocalıya ədalət”, “Ey, ey Sərkisyan, Qarabağı tərk et!”, “Erməni işğalına son!”, “Erməni təcavüzünə son!”, “Xocalıya ədalət!” və s. kimi şüarlar səsləndirilmişdir.
Nümayiş iştirakçıları Xocalı faciəsi ilə bağlı hazırladıqları buklet, kitab və CD-ləri şəhər sakinlərinə paylamışlar. Almanlar gənclərimizin yürüşü ilə yaxından maraqlanmış və ermənilərin Azərbaycanda törətdikləri soyqırımı kəskin şəkildə pisləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]