ALMANİYADA DƏMİR YOLU SƏRNİŞİN BİLETLƏRİNİN QİYMƏTİNİN BİR DAHA ARTIRILMASI GÖZLƏNİLİR
Federal Dəmir Yolları Şirkəti – Deutsche Bahn sərnişin daçımalarına qoyulan verginin bir daha məcburən artırılmasını bununla əsaslandırır ki, iki ildir dünya bazarında neftin və yanacağın digər növlərinin qiymətinin kəsilən şəkildə bahalaşması, bir çox ölkələrdə olduğu kimi, Almaniyada da yanacaq məhsullarının qiymətinin artmasına səbəb olmuşdur. Yanacaq bahalığı ümumilikdə həyatın və məişətin bir çox sahələrinə öz mənfi təsirini göstərmişdir. Almaniya Dəmir Yolları Şirkəti –Deutsche Bahn isə yanacaq və enerji qıtlığından ən çox zərərçəkən özəlləşdirilməmiş yeganə dövlət şirkətidir. Yanacaq bahalığı onun büdcə mədaxilinə xeyli ziyan gətirmişdir. Ona görə də dəmiryol sərnişin biletlərinin qiymətinə verginin artırılması gözlənilən, labüd və qaçılmaz bir prosesdir.
Xatırladaq ki, Deutsche Bahn sonuncu dəfə 2005-ci il dekabrın 11-dən etibarən regional mənzillərə gedən sərnişinlərin biletlərinin qiyməti üzərinə 2,6 faiz, xaricə uzaq mənzillərə gedən sərnişinlərin biletlərinin dəyəri üzərinə isə 2,9 faiz rüsum əlavə etmişdi.