ALMANİYADA QATAR GECİKMƏLƏRİNDƏN ZƏRƏRÇƏKƏN SƏRNİŞİNLƏRƏ KOMPENSASİYA VERİLƏCƏKDİR
Bu barədə “Bild am Sonntag” qəzetinə məlumat verən nəqliyyat naziri Wolfgang Tiefensee demişdir ki, son dövrün yanacaq bahalığından ən çox zərər çəkən dəmir yoludur. İstehlak xərclərini sərnişin biletlərinin qiymətinə əlavə rüsum hesabına tarazlayan dövlət şirkəti bunun müqabilində sərnişinlərə qüsursuz xidmət göstərməlidir. Təəssüf ki, bu, belə deyildir. Son zamanlar qatarların mənzil başına gecikməsi halları tez-tez baş verir və sərnişinlər bundan haqlı olaraq şikayətlənirlər.
Yeni qanun yaxın günlərdə qüvvəyə minəcəkdir. Qatarın gecikməsinə görə mənzil başına 30 dəqiqə gec çatan hər bir sərnişinə biletin dəyərinin 30 faizi, 60 dəqiqə gecikməyə görə 60 faizi, 90 dəqiqə və daha artıq müddətə gecikməyə görə isə 90 faizi geri qaytarılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]