Almaniyada şiddətli qasırğa Ştutqart teatrının damını zədələyib
Bakı, 29 iyun, AZƏRTAC
Almaniyanın cənub-qərb hissəsini cənginə alan, dolu ilə müşayiət olunan şiddətli qasırğa Ştutqart rayonunda ağacları aşırıb və küçələri su altında qoyub.
AZƏRTAC Welt telekanalına istinadla xəbər verir ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ştutqart rayonuna 330 xilasetmə naryadı cəlb olunub.
Güclü külək, həmçinin Ştutqart Opera teatrının damını zədələyib və qırıntılar binanın qarşısındakı meydana səpələnib. Hadisə baş verdiyi zaman teatrda 250 tamaşaçı olub.
Qeyd edək ki, Almaniya Meteorologiya Xidməti Baden-Vyurtemberq federal əyalətində, o cümlədən Şvarsvald regionunda “ekstremal hava şəraitinin” olacağı, güclü leysan yağışları və diametri 5 santimetrədək böyüklükdə dolu yağacağı barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]