ALMANİYADA YENİ HÖKUMƏTİN TƏŞKİLİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra XDİ/XSI, habelə ASDP liderlərini birləşdirən “xristian demokratlar və sosial demokratlar koalisiyası” yeni hökumətin strukturunu və tərkibini müəyyənləşdirmişdir.
Frans Münteferinqin təmsil etdiyi Almaniya Sosial Demokrat Partiyasına (ASDP) yeni kabinetdə 8 nazir yeri verilmişdir. XDİ/XSİ koalisiyası isə hökumət başçısı və parlamentin sədri vəzifələrindən əlavə 6 nazir yeri də almışdır.
XDİ-nin sədri federal kansler Anqela Merkel başçılıq edəcəyi yeni hökumətin siyahısını yaxın günlərdə federal prezident Horst Kölerə təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]