Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyalı alimin “Spiegel” jurnalına məktubu: İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb

Almaniyalı alimin “Spiegel” jurnalına məktubu: İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb

Bakı, 17 yanvar, AZƏRTAC

Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast) layiqli cavab verilib. Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizə dost münasibət bəsləyən və Azərbaycanla bağlı mükəmməl tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr.Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı əsaslandırılmış faktlarla darmadağın edib.

Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib (https://www.spiegel.de/thema/podcast-acht-milliarden/). “Dağlıq Qarabağın blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi Azərbaycan konsepsiyası məsələləri əks olunub. Otuz üç dəqiqəlik podkast tamamilə təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr.Mixael Reynhard Hess təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in redaksiyasına genişhəcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.

Dr.Hess oxucu məktubunda Qarabağın “Spiegel” jurnalı tərəfindən səhvən “eksklav” kimi təqdim olunması ilə bağlı 44 günlük müharibə dövründən bəri dəfələrlə etiraz məktubları göndərdiyini vurğulayıb. Onun fikrincə, audioreportajın əsas məğzi ermənilərin yalnız qurban kimi, azərbaycanlıların isə əksinə - avtokrat və cinayətkar kimi təqdim edilməsi olub. Bütün veriliş ərzində Dağlıq Qarabağ dedikdə, yalnız orda yaşayan ermənilər nəzərdə tutulur, bu regionun 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmasına qədər “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə 40 min azərbaycanlının yaşaması, ümumiyyətlə, dilə gətirilmir. Ermənistan təcavüzünün qurbanı olan azərbaycanlılar Heuser tərəfindən “əhəmiyyətsiz məsələ”, “ikinci dərəcəli qurban” kimi bir dəfə belə olsun, xatırlanmır.

M.Hess qeyd edib ki, audioreportaj 100 faiz Azərbaycansız Qarabağ təqdim etməklə tam olaraq Ermənistanın etnik təmizləmə siyasəti mənasında yayımlanıb. Bununla aparıcı Heuser Ermənistanın 1990-cı illərdə həyata keçirdiyi müharibə cinayətini dolayısı ilə legitimləşdirmiş olub.

Dr.Hess Qarabağın “Arsax” kimi təqdim edilməsinə də məhz erməni elmi mənbələrindən sitat gətirməklə münasibət bildirərək, bu sözün son 1000 il ərzində, XI əsrdən 1990-cı illərin əvvəllərinə kimi administrativ-hüquqi termin kimi işlənmədiyini faktlarla sübut edib. Qarabağın tarixi ilə bağlı bir neçə kitabın müəllifi Hess Olaf Heuseri “Ermənistanı tarixi mifologiyasını tarixi reallıqla dəyişik salmaqda” ittiham edib.

Heuser reportaj boyu erməni əsilli jurnalist həmkarı Anna Aridcanyana etiraz etmədən tam şərait yaradıb ki, bugünkü Ermənistan dövlətinin Azərbaycan tərəfindən Qərbi Azərbaycan kimi təqdim edilməsinə istehzalı münasibət bildirsin. Dr.Hess Səfəvilər dövlətinin tarixinə (1501-1736) ekskurs etməklə, o dövrdə İrəvan bəylərbəyliyinin mövcud olduğunu və orada yaşayanların əksəriyyətinin Azərbaycan dilli müsəlmanlardan ibarət olduğunu vurğulayır, XVIII əsrdə İrəvan xanlığının mövcudluğunu və onun 1828-ci ildə Rusiya tərəfindən ləğv olunduğunu fakt kimi təqdim edərək yazır: “İrəvan/Yerevan şəhərinin ermənilərin Ararat Respublikasının idarəçiliyinə keçməsi tarixdə ilk dəfə 1918-ci il mayın 28-də baş verib. Hətta bu məsələnin tarixi və hüquqi legitimliyi Azərbaycan tərəfindən şübhə altına alınır. Bu mənada İrəvan xanlığının ərazisi və ətrafının Qərbi Azərbaycan kimi təqdim edilməsinin Heuser və Aridcanyan cütlüyü tərəfindən sual altına alınması absurddur. Çünki ermənilərin 1918-ci il Ararat Respublikasınadək iddia etdiyi erməni dövləti 1375-ci ildə süqut etmiş Kilikiya knyazlığıdır ki, erməni iddialarına baxmayaraq, bu dövlətin paytaxtı Türkiyədə yerləşən Sis şəhəri olub. Bütün bunlar bir daha sübut edir ki, İrəvanda heç bir erməni hökmdarlığı olmamışdır və bu ərazilərin Azərbaycanın qərb hissəsi kimi göstərilməsi daha legitimdir”.

Dr.Hess reportajda şəxslərə yönəlmiş emosionallığı qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə qarşı olan bu hücumlar Azərbaycanın öz ərazisini geri qaytarmaq hüququnun legitimliyini sual altına qoymaq niyyəti ilə edilib: “Qarabağda aktual məsələ ermənilərin qovulması yox, oranı separatçılardan və işğalçılardan təmizləməkdir”. Hess yazır ki, oxşar fəaliyyətin Zelenski tərəfindən olunması sivil dünya tərəfindən alqışlanır. Maraqlıdır ki, podkast müddətində Paşinyanın adı bir dəfə də olsun, çəkilməyib, amma Aridcanyana şərait yaradılır ki, Ukrayna müharibəsi ərəfəsində Prezident Əliyevin Prezident Putinlə xoş atmosferdə görüşməsini tənqid etsin. Dr.Hess oxucu məktubunda Almaniya kansleri Olaf Şoltsun da Moskvada Putinlə oxşar görüşünü xatırladaraq bildirir ki, dövlət başçılarının görüşü diplomatiyada adi haldır. Yəni, Azərbaycan Prezidentinin əleyhinə dəqiqələrlə edilən əsassız arqumentlərin külək dolu boş polemikadan başqa bir şey olmadığı üzə çıxır.

“Spiegel” podkastının ziddiyyəti ondadır ki, başlıqda Azərbaycanı "Dağlıq Qarabağın blokadasında" ittiham edir, reportaj boyu isə bunu rusların barrikadalar qurmaqla etdiyini bildirir.

Dr.Hess oxucu məktubunun sonunda jurnalistin həm də seçdiyi veriliş formatı ilə öz imkanının sərhədlərini aşdığını tənqid edib, Almaniyanın fikir formalaşdıran jurnalistlərini lazımi bilgilərə malik olmadıqları mövzu barədə danışmamağa çağırıb.

Qeyd edək ki, Dr.Mixael Reynhard Hess 25 ildən çoxdur Azərbaycanı tədqiq edən almaniyalı alimdir. Dr.Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” və “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kimi kitabların müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb