Almaniyanın iqtisadi gücü Baden-Vürttemberqdə siyasi mübarizə gərginləşir
Berlin, 8 mart, AZƏRTAC
Almaniyanın ən çox inkişaf etmiş üçüncü əyaləti olan Baden-Vürttemberqdə parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, əsas mübarizə Yaşıllar Partiyası ilə Xristian Demokratlar İttifaqı (CDU) arasında aparılır. Hər iki partiyanın reytinqi demək olar ki, eyni səviyyədədir. Almaniya üçün Alternativ Partiyası (AfD) isə üçüncü yerdədir.
Yaşıllar Partiyasının türkəsilli namizədi, sabiq nazir Cem Özdemir xüsusilə son sorğularda öz reytinqini artıraraq CDU-nun namizədi Manuel Hagel ilə fərqi azaldıb. Bu seçkilərdə AfD-nin də öz səslərini xeyli artıra biləcəyi istisna olunmur.
Baden-Vürttemberq 1952-ci ildə yaradıldıqdan sonra əyalətdə ümumilikdə 24 hökumət fəaliyyət göstərib. İlk seçkilər istisna olmaqla, 1953-cü ildən 2011-ci ilədək bütün seçkilərdə CDU qalib gəlib. 2011-ci ildə isə əyalətdə Yaşıllar Partiyası qalib gəlib. Məhz bu baxımdan seçkinin əhəmiyyətinə görə Almaniya Kansleri Fridrix Merts kampaniyada fəal iştirak edir. Bu, F.Mertsin Kansler seçilməsindən sonra partiyasının iştirak etdiyi ilk əyalət seçkisidir.
Qeyd edək ki, 11,3 milyon əhalisi olan Baden-Vürttemberq Almaniyanın ümumi daxili məhsulunda 15 faizlik paya sahibdir. Baden-Vürttemberq bu göstəriciyə görə Şimali Reyn-Festvaliya (20,3 faiz) və Bavariya (18,4 faiz) əyalətlərindən geri qalır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]