Almaniyanın xarici işlər naziri Kiyevə gəlib
Kiyev, 11 sentyabr, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Annalena Berbok bazar ertəsi günü Kiyevə gəlib. Onun səfəri ilə bağlı məlumat təhlükəsizlik səbəbindən əvvəlcədən açıqlanmayıb. Bu barədə AZƏRTAC DW telekanalına istinadla xəbər verir.
Kiyevə gələn Almaniyanın xarici işlər naziri bildirib: “Ukrayna, həmçinin bizim hamımızın azadlığını böyük rəşadət və qətiyyətlə müdafiə edir. Ukrayna bizim arxamızda durduğu kimi, biz də onu müdafiə edəcəyik”.
Almaniyanın naziri əlavə edib ki, hazırda Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı qərar hazırlanır. Berbok vurğulayıb: “Artıq Ukraynada məhkəmə və qanunvericilik islahatının nəticələri görünür. Hələ irəlidə antioliqarxiya qanunu və korrupsiya ilə mübarizə də var”.
Bundan başqa, AFR XİN-in başçısı xatırladıb ki, Ukraynada qışa hazırlıq tam sürətlə davam edir, lakin “ilin fəslindən asılı olmayaraq, Almaniya Ukraynaya iqtisadi, hərbi və humanitar sahələrdə Rusiyanın təcavüzündən müdafiə üzrə dəstəyini dayandırmır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]