Almatıda Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin kitablarının təqdimatı olub
Bakı, 11 oktyabr, Salihə Əliyeva, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin “Jazuşı” nəşriyyatında dərc edilmiş kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, görüşü nəşriyyatın baş direktoru Erlan Satıbaldiyev açıb.
Bildirilib ki, Natiq Rəsulzadə Qazaxıstanda çox sevilir və dəyərləndirilir.
Natiq Rəsulzadə çıxışında Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqının ədalətli mübarizəsi, bütün dünyanı heyran edən 44 günlük müharibə və Qarabağda son antiterror tədbirləri barədə ətraflı məlumat verib, oxucuların çoxsaylı suallarını cavablandırıb.
Natiq Rəsulzadənin "Jazuşı" nəşriyyatı tərəfindən nəşr olunan kitabları rus dilindədir. İndi bu kitablar qazax dilində nəşrə hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]