ALMATIDAKI PARTLAYIŞDA PESPUBLİKA BOKS FEDERASİYASI BAŞÇISININ MÜAVİNİNIN ƏLİ OLDUĞU GUMAN EDİLİR
AZƏRTAC-ın xəbər verdiyi kimi, ötən çərşənbə günü Almatı şəhərində inzibati binanın qapısı önündə törədilən partlayış nəticəsində bir kişi ölmüşdür. Əldə olan məlumata görə, partlayıcı qurğu onun çantasında olmuşdur. Almatı Şəhər Daxili İşlər İdarəsinin rəisi Moldiyar Orazaliyev bildirmişdir ki, istintaq bu partlayışda Qazaxıstan Boks Federasiyası başçısının müavini Serik Kaliyevin əli olmasından şübhələnir.
Moldiyar Orazaliyev demişdir: “Hazırda Kaliyev müvəqqəti təcridxanada saxlanılır. Partlayış baş verərkən binadan uzaqlaşan “Mersedes”in sükanı arxasında məhz o olmuşdur”. Orazaliyev bunu da əlavə etmişdir ki, polisdə olan məlumata görə, Kaliyev Qaraqanda cinayət qruplaşmasının lideri hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]