Altı ayda Qəbələdə 4,2 milyon manatdan çox sənaye məhsulu ixrac olunub
Qəbələ, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci yarısında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 45 milyon 415,1 min manatlıq məhsul istehsal olunub. İstehsal edilən sənaye məhsulunun 9,9 faizi dövlət, 90,1 faizi qeyri-dövlət sektorunun payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.
Altı ayda rayonda 4 milyon 248,6 min manatlıq sənaye məhsulu ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [23:39]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [21:06]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:00]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [19:09]