Altsheymer xəstəliyi üçün yeni müalicə üsulu ilə bağlı klinik sınaqlarına başlanılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Avstraliyanın Kvinslend Universitetinin Beyin İnstitutunda Altsheymer xəstələrinin müalicəsi üçün yeni texnologiya hazırlanıb.
AZƏRTAC medimagazin.com.tr-ə istinadla bildirir ki, klinik sınaqlarına başlanılan araşdırma üçün institutda hazırlanan UltraThera adlı yeni ultrasəs cihazı təcrübədən keçirilib.
Tədqiqat qrupu cihazla neyromodulyasiya effekti əldə edərək, Altsheymer xəstələrinin beynindəki sinir fəaliyyətini və ümumi beyin funksiyasını dəyişməyi hədəfləyib. Bu üsulun Altsheymer xəstəliyinin bəzi əlamətlərini yaxşılaşdıracağı gözlənilir.
İnstitutun professoru Jürgen Gotz bu tədqiqata 2015-ci ildə ultrasəsin yaddaş funksiyalarının bərpasına dair araşdırmadan sonra başlanıldığını bildirib. Onun sözlərinə görə, təxminən 12 xəstənin iştirak etdiyi sınaqlarda ilk 4 xəstə iki həftədə 4 dəfə müalicə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]