Alvaro Morata tibbi müayinədən keçmək üçün Madridə gedib
Bakı, 28 yanvar, AZƏRTAC
İngiltərənin “Çelsi” klubunun hücumçusu Alvaro Morata tibbi müayinədən keçmək üçün Madridə gedib.
AZƏRTAC AS nəşrinə istinadla xəbər verir ki, buna səbəb 26 yaşlı ispaniyalı futbolçunun mövsümün sonunadək icarə əsasında “Atletiko Madrid”ə transfer olunmasıdır.
Həmçinin bildirilir ki, “Çelsi” Madrid təmsilçilərinə icarəyə görə, 7,5 milyon avro ödəyəcək. Mövsümün sonunda isə müqavilədə əlavə olunmuş bəndə əsasən, futbolçu 40-50 milyon avroya satın alınacaq.
Qeyd edək ki, Morata 2017-ci ildə “Real Madrid” klubundan “Çelsi”yə 66 milyon avroya transfer olunub. Cari mövsüm İngiltərə Premyer Liqasında 16 oyunda meydana çıxan ispaniyalı onların 6-da fərqlənərək meydanı tərk edib. Moratanın “Çelsi” ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]